İqtisadiyyat
29 dekabr 2020
943
Nazir: “Əsas prioritet Qarabağın Azərbaycanın iqtisadiyyatına reinteqrasiyasına nail olmaqdır”
“2021-ci il dövlət büdcəsinin sosialyönümlü xərclərin artımı 5,3% təşkil edib.Ölkədə məşğulluq tədbirləri çərçivəsində yeni iş yerləri yaradılması tədbirlərinin davam etdirilməsi, pandemiya ilə əlaqədar əhalinin həssas qruplarına yardımlar edilməsi, yeni tələbə kreditlərinin, o cümlədən həssas qrup ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsi və s. sosialyönümlü xərclərin artımına səbəb olub”.
“Ölkə.Az” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı səsləndirilən fikirlərə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, pandemiya və pandemiyanın yaratdığı mənfi fəsadlar Azərbaycana da təsir edib. “Həmin təsirlərin nəticəsidir ki, dövlət büdcəsinin gəlirləri azalıb. Əsasən, vergi və gömrük daxilolmalarını nəzərdə tuturam. Pandemiya ilə yanaşı, 44 gün ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əzəli Azərbaycan torpaqlarının işğalına son qoyub. Bütün prosesləri nəzərə almalıyıq. Bizim üçün 2021-ci ildə əsas prioritet məsələ Qarabağın yenidən qurulması və Qarabağın Azərbaycanın iqtisadiyyatına reinteqrasiyasına nail olmaqdır”- nazir qeyd edib.
Daha çox xəbər:
Milli Məclisdə büdcə müzakirələri başladı
İqtisadiyyat2021-ci ildə də manatın məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq - Naz ...
İqtisadiyyatMilli Məclisdə 2021-ci il büdcə zərfinin müzakirələrinə başlanılıb
SiyasətBu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
SiyasətSamir Şərifov: "Gələn ilə hazırlanmış dövlət büdcəsi layihəsinə işğaldan a ...
İqtisadiyyat