İqtisadiyyat
07 yanvar 2021
1029
Prezidentdən məcburi köçkünlərə MÜJDƏ - EVLƏR TİKİLƏCƏK
“Bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək. Bəzi layihələr davam edir, bəzi layihələr başa çatmaq üzrədir. İndi Füzuli rayonunda, Horadizdə və başqa bir kənddə evlər tikilibdir, onlar, əlbəttə ki, köçkünlərə veriləcək”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
“Ancaq bundan sonra daha Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir. Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək və biz bunu da xüsusi proqram əsasında həyata keçirəcəyik. Bunu hər kəs bilməlidir və istərdim ki, bunu hər kəs bilsin. Bu, çox ədalətli yanaşmadır”, - Prezident əlavə edib.
Daha çox xəbər:
Köçkünlər arasında sorğu KEÇİRİLƏCƏK - Qayıtmaq istəyirlərmi? - PREZİDENT T ...
Gündəm, SiyasətAzərbaycan Prezidenti: "Laçın və ya Kəlbəcərdə müasir beynəlxalq hava lima ...
İqtisadiyyatBu evlər şəhid ailələrinə VERİLƏCƏK - PREZİDENTDƏN TAPŞIRIQ
SosialPrezident Samuxda məcburi köçkünlər üçün tikilən yaşayış məhəlləsi ilə tanı ...
CəmiyyətGəncədə yeni məktəb binası tikiləcək — SƏRƏNCAM
Gündəm, Ölkə