İqtisadiyyat, Video
14 yanvar 2021
979
“Zəfər” avtomobili belə olacaq - VİDEO
![“Zəfər” avtomobili belə olacaq - VİDEO “Zəfər” avtomobili belə olacaq - VİDEO](https://olke.az/photo/770x415/2021/01/14/1610609011_1610607738_913452.jpg)
Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini başa çatdırıb.
Sfera.az bildirir ki, onun budəfəki layihəsi Vətən müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunub.
Dizayner bildirib ki, hazırladığı avtomobil layihəsi "Zəfər" adlanır.
Avtomobilin 3d formatda dizaynını işləyən Ramil qeyd edib ki, yeni layihənin hazırlanmasında estetik və modern üslubdan, eləcə də müasir texnologiya və vizual səhnələrdən istifadə olunub:
"Qarabağımızda qazandığımız möhtəşəm qələbə məni bu işə sövq etdi. Şuşanın azad olunması, qısa müddətdə bu mədəniyyət beşiyimizə avtomobil yolunun çəkilişinə başlanması məni hədsiz sevindirdi. Ona görə də vizual səhnələrdə "Zəfər" avtomobilini Şuşaya çəkilməkdə olan avtomobil yolunda göstərməyə çalışmışam", - deyə gənc dizayner bildirib.
Ramil Nəcəfovun sözlərinə görə, bu layihə təkmilləşdirilərək gələcəkdə yerli avtomobil sənayesinə, həmçinin dünya bazarına çıxarıla bilər. Bunun üçün investisiya lazımdır. O, bu layihəni işləməklə avtomobil istehsalı ilə məşğul olan şirkətlərin, investorların diqqətini çəkmək istəyir.
İyirmi səkkiz yaşı olan gənc dizayner bu sahə üzrə təhsilini xaricdə davam etdirmək, avtomobil istehsalçıları ilə əməkdaşlıq etmək arzusundadır.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Qarabağda bu istiqamətlərdə YENİ YOLLAR ÇƏKİLƏCƏK](https://olke.az/photo/770x415/2020/12/18/1608275612_b857ce31-317a-34e6-b6f9-4385b0253a8c_850.jpg)
Qarabağda bu istiqamətlərdə YENİ YOLLAR ÇƏKİLƏCƏK
İqtisadiyyat![Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər](https://olke.az/photo/770x415/2020/11/30/1606713394_yol.jpg)
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər
İqtisadiyyat![Qarabağda yeni avtomobil yolu inşa ediləcək](https://olke.az/photo/770x415/2020/11/17/1605599046_report.jpg)
Qarabağda yeni avtomobil yolu inşa ediləcək
Gündəm, İqtisadiyyat![Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb - FOTO](https://olke.az/photo/770x415/2020/09/29/1601364149_tey.jpg)
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb - FOTO
İqtisadiyyat![Prezidentdən Qazaxda avtomobil yolunun təmiri ilə bağlı SƏRƏNCAM](https://olke.az/uploads/1599728021/imza.jpg)
Prezidentdən Qazaxda avtomobil yolunun təmiri ilə bağlı SƏRƏNCAM
Bölgə