İqtisadiyyat
19 fevral 2021
8
Türkiyə Azərbaycanda qızıl və mis yataqlarının istismarında iştirak edəcək

“Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrin genişləndirilməsinə imkan yaradır”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada keçirilən Türkiyə-Azərbaycan iş adamları forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün keçirilən forumda hər iki tərəfdən sənaye, turizm, nəqliyyat, ticarət sahələrində fəaliyyət göstərən iş adamlarının iştirakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir: “Forum çərçivəsində bir sıra sənədlərin, o cümlədən tekstil sənayesində müqavilənin imzalanması nəzərdə tutulur. İnanıram ki, bu sənədlər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət edəcək”.
Nazir bildirib ki, Azərbaycanda özəlləşdirmə sahəsində fəaliyyətin aktivləşdirilməsi baş verir: “Bu sahədə dövlət müəssisəsinin türk şirkəti tərəfindən idarə edilməsinə başlanılır. Bununla yanaşı, dağ-mədən sənayesi sahəsində daha bir layihənin imzalanması nəzərdə tutulur. Bu, qızıl və mis yataqlarının istismarını təmin etmək məqsədi daşıyır”.
Xatırladaq ki, bu ilin yanvar ayında “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.report

Daha çox xəbər:

Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb
Siyasət
Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək
Gündəm, Siyasət
Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdü — FOTO
Siyasət
Türkiyə və Azərbaycan toxumçuluq sahəsində əməkdaşlığı genişləndirəcək
İqtisadiyyat
Təhsil naziri Türkiyə səfiri ilə görüşdü - Fotolar
Ölkə