İqtisadiyyat
21 iyun 2023
834
Sloveniyanın İnfrastruktur Nazirliyi: “Potensial alternativ mənbələrdən biri Azərbaycandır”
“Sloveniya Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük potensial görür”.
Bu barədə “Trend”ə açıqlamasında Sloveniyanın İnfrastruktur Nazirliyinin Energetika Departamentinin direktoru Hinko Solink deyib.
“Biz Sloveniyada hazırda xüsusən daha çox potensial gördüyümüz Günəş enerjisi istehsalının təşviqinə fokuslanmışıq. Lakin həmçinin külək, hidro, geotermal enerji və biokütlənin istifadə olunduğu layihələri, o cümlədən alternativ enerji mənbələrindən hidrogen istehsalını və bioqazın istehsal edilməsini də nəzərdən keçiririk”, - deyə o əlavə edib.
Solink qeyd edib ki, Sloveniya Avropa İttifaqının (Aİ) enerji mənbələrinin diversifikasiyasının möhkəmləndirilməsi üzrə səylərini dəstəkləyir.
“Şərq tərəfdaşlığı” proqramı çərçivəsində enerji sahəsində tərəfdaşlığımızı nəzərə aldıqda Azərbaycanla enerji təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsini xüsusən müsbət qarşılayırıq. Sloveniya Aİ qanunvericiliyinə cavab verən, enerji təhlükəsizliyinin və enerji mənbələrinin diversifikasiyasının artmasına səbəb olan istənilən layihəni müsbət qarşılayır. Bazarda tədarükçü nə qədər çox olarsa, rəqabət və nəticədə yekun istehlakçı üçün təbii qaz tədarükü bir o qədər çox olar”, - deyə o əlavə edib.
Hinko Solink Sloveniyanın Rusiya qazından imtina etmək məqsədilə təbii qaz tədarükçülərinin diversifikasiyasını dəstəklədiyini qeyd edib.
“Potensial alternativ mənbələrdən biri də Azərbaycandır. Bu baxımdan biz Cənub Qaz Dəhlizini Aİ ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün əla imkan olaraq görürük”, - o deyib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi ilə Avropaya Azərbaycan qazının nəqli 31 dekabr 2020-ci ildə başlayıb. Qaz Xəzər dənizi regionundan Avropa ölkələrinə Gürcüstan və Türkiyə vasitəsilə nəql edilir. Layihənin dəyəri proqnozlaşdırılan 45 milyard dollarla müqayisədə 33 milyard dollar olub. CQD layihəsinin əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxacağı gözlənilir. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırkı 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.
Daha çox xəbər:
Ukrayna XİN: Azərbaycan dostumuz və beynəlxalq arenada etibarlı tərəfdaşımı ...
DünyaPrezident: "Azərbaycan və İran arasında əməkdaşlığın səviyyəsindən çox məm ...
Gündəm, SiyasətSOCAR Türkiyə NEFERTITI layihəsi üzrə qrant müqaviləsini mart ayında imzala ...
İqtisadiyyatSOCAR və “Snam” TAP vasitəsi ilə hidrogen nəqli üçün razılıq əldə edib
İqtisadiyyatDağlıq Qarabağ və ətraf regionların enerji potensialı nə qədərdir?
İqtisadiyyat