İqtisadiyyat
22 sentyabr 2020
1043
Ərzaq qiymətləri bahalaşacaq
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri və dolların zəifləməsi səbəbindən ərzaq bahalaşmağa davam edir.
Dünyada ərzağ bahalaşması Azərbaycanda qiymətlərə necə təsir edəcək?
Baku Tv dünyanı cənginə alan COVİD-19 bir sıra sahələrə mənfi təsir göstərdi və bu özünü qiymətlərdə də əks etdirib.
Belə ki, Dünyada ərzaq qiymətləri ümumilikdə 5% bahalaşıb. Bitki yağları, şəkər və süd məhsullarının qiymətləri nisbətən artıb, bununla da qlobal taxıl məhsullarının qiymətləri illik rekord göstəricisinə çatmağa davam edir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri, güclü tələbin və dolların zəifləməsi səbəbindən ardıcıl olaraq üçüncü aydır ki, avqust ayında da artmaqda davam edib. Həmçinin ərzaq qiymətlərinin bahalaşmağının səbəblərində biri də pandemiya ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycan dünyada bahalaşan ərzaq məhsullarını idxal edirsə, bu, bizim bazarda da qiymətlərə təsir ötüşməyəcək. Çünki İdxal olunan malların qiymətləri qalxan kimi bu özünü yerli bazarlarda da göstərəcək.
Daha çox xəbər:
İrəvanda müharibə qorxusu: İnsanlar ərzaq və su toplayır - Uzun növbələr ya ...
Dünyaİnflyasiya 3,1 faiz olacaq
İqtisadiyyatBakıda əhali pullarını daha çox hara xərcləyib? — 6 ayın statistikası
İqtisadiyyat“Qeyri-ərzaq mağazaları açılmalıdır” - Fəzail Ağamalı
SosialLeyla Əliyevanın doğum günüdür
Gündəm, Ölkə