İqtisadiyyat
07 yanvar 2021
1086
Azərbaycanda ətin qiyməti qaldırılır? AÇIQLAMA
Xəbər verdiyimiz kimi yanvarın 4-də Tarif Şurasının qərarı ilə benzinin qiyməti 1 manata, dizelin qiyməti isə 80 qəpiyə qaldırıldı. Bu artımın ətin və kartofun qiymətinə təsir edəcəyi gözlənilir. Qeyd edək ki, bu gün səsləndirilən iddialardan biri ətin qiymətinin 14-15 manata qaldırılmasıdır.
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Azər Badamov bildirib ki, dizel yanacağının qiymətinin artması nəticəsində kənd təsərüfatı məhsullarının qiymətlərində kəskin artımların olmaması üçün fermerlərə verilən subsidiyalara yenidən baxılacaqdır:
"Yəni yanacağın qiyməti məhsulun istehsalında onun maya dəyərində nə qədər yer alırsa, o dövlət tərəfindən kompensasiya ediləcəkdir.
Amma bununla yanaşı tarladan süfrəyə qədər çatdırılmasında yanacağın qiymətindəki artrımıla bağlı cüzi qiymət fərqi yarana və bu da daşınma xərcləri ilə bağlı ola bilər.
Amma kəskin qiymət artımı olmamalıdır. Ətin və kartofun qiymətində kəskin artımların olacağı ilə bağlı deyilən söz- söhbətlər tamamailə əsassızdır. Süni qiymət artımlarına müvafiq qurum nəzarət edəcək, hardasa bir möhtəkirlik və sui istifadə edərək pul qazanmaq niyyətləri müşahidə olunarsa, o şəxslər cəzalandırılacaqdır".
Deputat qeyd edib ki, kənd təsərrüfatı məhsulları elə istehlak mallarıdır ki, yanacağın qiymətinin artması onun maya dəyərinə bir başa təsir etmir:
"Əgər indi yanacağın qiyməti artıbsa, bu, 3-4 aydan sonra ərsəyə gələcək kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir göstərə bilər.
O istiqamətdə də dövlət ciddi addımlar atacaqdır ki, kəskin qiymət artımı baş verməsin. Ona görə də bu gündən başlayaraq, kənd təsərrüfatı məhsullarının qiymətlərinin artacağı ilə bağlı insanların narahat olmalarını əsasız hesab edirəm".
Daha çox xəbər:
Marketlərdə kəskin bahalaşma - Qiymətlər nə qədər artdı?
İqtisadiyyatBakıda ictimai nəqliyyatda gediş haqqı artacaqmı? - AÇIQLAMA
İqtisadiyyatDigər ölkələrdə benzin və dizel neçəyədir? (SİYAHI)
İqtisadiyyatSahibkarlara kompensasiya ödəniləcək - Dizel yanacağının qiymətinin artması ...
İqtisadiyyatBakıda şok qiymət: Dönər + ayran 1 manata — Bu necə ola bilər?
Sosial