İqtisadiyyat
22 yanvar 2021
1002
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə azalıb
Ötən il Azərbaycana 155 ölkədən 795,700 nəfər gəlib.
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin son hesabatında bildirilib.
Göstəricilərin kəskin azalmasına səbəb koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın dövlət sərhədlərinin 2020-ci ilin aprelindən dekabrına qədər bağlanması və digər ölkələr tərəfindən oxşar tədbirlərin görülməsi olub.
2020-ci ildə Azərbaycana səfər edənlərin arasında 28,3 % Rusiya, 23,2 % Gürcüstan, 20,2 % Türkiyə, 9,1 % İran, 2,1 % Ukrayna, 1,6 % Hindistan, 1,5 % Səudiyyə Ərəbistanı, 1,1 % Qazaxıstan, hər biri 1,0 % olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər biri % 0,9 - Küveyt və İngiltərə, 0,8 % - Belarus, hər bir 0,7 % - Özbəkistan və İraq, 0,5 % - İsrail, hər biri 0,4 % - Almaniya və İtaliya, 4,5 % - digər ölkələr vətəndaşları və % 0,1 - vətəndaşlığı olmayan şəxslər yer alır.
Koronavirus pandemiyası, eyni zamanda, xarici turizm statistikasında da ciddi təsir göstərib. 2020-ci ildə İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstan - 5,2 dəfə, Rusiyaya - 4,5 dəfə, Türkiyəyə - 3,3 dəfə azalıb.
Daha çox xəbər:
Paşinyanın döyüşlər başlayandan zəng etdiyi ölkələr - SİYAHI
MaraqlıAzərbaycana birbaşa dəstəyini ifadə edən ölkələr - SİYAHI
SiyasətKarantin dövründə boşanmaların sayı azalıb
SosialKoronavirusdan sağalanların sayı 10 milyonu keçdi — STATİSTİKA
DünyaYoluxanlarla bağlı müsbət statistika - İlk dəfə 645 nəfər sağaldı
Gündəm, Ölkə