İqtisadiyyat
26 yanvar 2021
982
Azərbaycandan keçən beynəlxalq magistralın sonuncu hissəsi genişləndirilir - FOTO
Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin dörd hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyini məlumat yayıb.
Tikinti işlərinin bu ilin sonu, növbəti ilin əvvəlində yekunlaşdırılması planlaşdırılır.
Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.
Layihənin üstünlüklərindən biri də ondan ibarətdir ki, yol iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir.
Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.
Daha çox xəbər:
Hazırda yollarda vəziyyət belədir
HadisəŞuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FO ...
İqtisadiyyat, BölgəBakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər
İqtisadiyyatAğdamda 3 cəbhəyanı kəndin yolu yenidən qurulub
İqtisadiyyat, BölgəTovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb - FOTO
İqtisadiyyat