İqtisadiyyat
14 noyabr 2020
1034
Azərbaycanda ÜDM 3,8 faiz azalıb
2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manat həcmində ümumi daxili məhsul istehsal edilib.
"Ölkə.Az"ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azdır.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz, neft-qaz sektorunda isə 6,3 faiz azalıb.
ÜDM istehsalının 34,2 faizi sənaye, 11,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 861,6 manata bərabər olub.
Daha çox xəbər:
Bakıda COVİD-19-un ən çox yayıldığı rayonlar açıqlandı - SİYAHI
ÖlkəBakıda yoluxma ən çox bu rayondadır
CəmiyyətBakıda əhali pullarını daha çox hara xərcləyib? — 6 ayın statistikası
İqtisadiyyat68.5 faiz əhali Mehriban Əliyevaya tam etibar edir - Sorğu
SiyasətPandemiya dövründə bu sahədə gəlirlər artıb
Cəmiyyət