Kriminal
17 iyul 2020
321
Ermənilər Tovuzda daha bir evi dağıtdı
İyulun 16-da, saat 06 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Abdullayeva Roza Asif qızına məxsus evə və evin qarşısındakı yardımçı tikiliyə odlu silah mərmisinin atılması və həmin mərminin partlaması nəticəsində zərərçəkmiş şəxsin əmlakı qəsdən məhv edilməklə sonuncuya xeyli miqdarda ziyan vurulub.
Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə maddi sübutlar toplanılıb, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri və institusional tədbirlər görüləcək.
Daha çox xəbər:
Evlərin atəşə tutulması ilə bağlı cinayət işi başlandı
KriminalErmənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi açıldı ...
SiyasətSukanal İdarəsinin sahə rəisi qəzada öldü
KriminalQobustandakı qətllə bağlı — AÇIQLAMA
KriminalProkurorluq Salyandakı insidentlə bağlı məlumat yaydı
Kriminal