Kriminal
20 iyul 2020
314
Hərbçilərimiz qəzaya düşdü — Polkovnik öldü, yaralılar var - SON DƏQİQƏ!
20 iyul tarixində saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğramışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi polkovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat etmiş, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilmiş və təcili tibbi təxliyəsi təşkil olunmuşdur.
Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Daha çox xəbər:
İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib
Gündəm, SiyasətOperativ Qərargahın üzvlərinin adları açıqlandı — SİYAHI
CəmiyyətAzərbaycan-İran sərhədində atışma olub, ölən var — FOTO
KriminalAzərbaycanda kimlər general-polkovnikdir? — SİYAHI
SiyasətAzərbaycanlı müğənni qəzaya düşdü: 3 nəfər öldü — FOTO
Kriminal