Kriminal
08 iyun 2020
311
Azərbaycanda televiziya işçiləri girov götürüldü — SON DƏQİQƏ!

İctimai televiziyanın əməkdaşları Bərdədə aptek sahibi tərəfndən təzyiqə məruz qalıblar. Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb. Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən İsak Cəfərov Şöhrət Eyvazov və operator Vüsal Quliyevə fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib.
Şöhrət Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə – 102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “xuliqanlıq” maddəsiylə saxlanılıb.
Araşdırma davam edir. (Konkret.az)

Daha çox xəbər:

Bakıda molla Baku TV-nin çəkiliş qrupuna hücum etdi — VİDEO
Kriminal
Vilayət Eyvazov: “Sosial şəbəkələrdə əhali arasında xof, vahimə yaradan yal ...
Siyasət
Polis cərimə ödəyən şəxsə qəbz verməyib? - DİN-dən açıqlama
Cəmiyyət
Vilayət Eyvazov yeni rəis təyin etdi
Siyasət
Baş Nazir televiziya vasitəsilə xalqa müraciət edəcək — SON DƏQİQƏ
Gündəm, Siyasət