Kriminal
09 iyun 2020
1081
Yasamalda qadına “dovşan” deyən polis üzr istədi və işdən çıxarıldı
İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.
Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.
Daha çox xəbər:
Yasamalda polisə zibil atanların saxlanılma anı — Xüsusi əməliyyat - VİDEO
Gündəm, KriminalBakıda polisin başına zibil atanlar saxlanıldı — VİDEO
KriminalBakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
Kriminal"Səndən də yaxşı kişilər məni istəyir deyib, çantasından bıçaq çıxartdı" ...
Kriminal34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü — Gəncədə dəh ...
Kriminal