Kriminal
09 iyun 2020
454
Azərbaycanlılar şallaqlandı – İranda qorxunc olay

Beynəlxalq qanunlara zidd olan şallaq cəzasına və cəriməyə məhkum edilən iki Güney azərbaycanlı milli fəala Urmiyada şallaq vurulub.
Fəallar barədə verilən 20 şallaq cəzası Urmiya məhkəməsində icra olunub.
İran məhkəməsi Əli Əzizi, Elyar Hüseynzadə, Yasin Həsənpur, Keyvan Paşayi, Əmin Zare və Salar Tahir Afşar barəsində 2019-cu ilin noyabr etirazlarında iştirak etdiklərinə görə şallaq və 1.5 milyon tümən cərimə cəzası vermişdi.
Fəallar “ictimai asayişi pozmaq”da ittiham olunur. Lakin onlar barələrində irəli sürülən ittihamları rədd edir və bunun siyasi sifariş olduğuna şübhə etmirlər.
Beynəlxalq insan haqları təşkilatları şallaq cəzasını insan haqlarının pozulması və işgəncə nümunəsi olaraq dəyərləndirir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı aprel ayında beynəlxalq ictimaiyyətin təzyiqi ilə şallaq cəzasını ləğv edib. /Teleqraf.com/

Daha çox xəbər:

Dövlətə xəyanətdə ittiham olunan şəxsin cəzası azaldıldı
Kriminal
ABŞ-da 45 milyon insan işsiz qaldı
Dünya
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini — LƏĞV ETDİ
Dünya
Azərbaycanlı milyarderin boşanma qalmaqalı — Pula görə ana oğluna qarşı çıx ...
Dünya
Həcc ziyarəti ilə bağlı YENİ QƏRAR: Bu il belə keçiriləcək
Cəmiyyət