Kriminal
06 avqust 2020
394
Şəmkirdə qısqanc ər arvadının boğazını kəsib öldürdü — MƏHKƏMƏ
Şəmkirdə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Mübariz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xaqani Səmədovun icraatına verilib.
İş üzrə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Şəmkirin Baş Posanlı qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan 25 yaşlı Məmmədova Nailə Allahyar qızı əri Məmmədov Mübariz Bayram oğlu tərəfindən boğazı kəsilərək qətlə yetirilib.
Hadisə qısqanclıq zəminində baş verib.
M.Məmmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Daha çox xəbər:
Prokurorluq Goranboydakı qətllə bağlı məlumat yaydı - Yenilənib
KriminalAzərbaycanda DƏHŞƏT: qayınata kürəkənini rayona aparıb öldürdü, yandırdı, s ...
KriminalLənkəranda 20 və 22 yaşlı gənclər bıçaqlandı
KriminalSalyanda gənc oğlanı qətlə yetirən şəxs TUTULDU
Kriminal34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü — Gəncədə dəh ...
Kriminal