Kriminal
10 iyun 2020
406
Sumqayıtda binada uçqun olub — Dağıntılar altında qalanlar var - FOTO

Sumqayıtda əsasən Qubadlı, habelə işğal altındakı digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında uçqun hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.
İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Nəticədə 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar.
Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə xilasedicilər cəlb edilib və hazırda təxliyə işləri aparılır. Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub.

Daha çox xəbər:

Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb — SON DƏQİQƏ - FOTO
Kriminal
Sukanal İdarəsinin sahə rəisi qəzada öldü
Kriminal
Balakəndə ağır qəza — 2 ölü, 2 yaralı
Kriminal.jpg)
Abşeronda yanğının söndürülməsinə helikopterlər cəlb edildi — YENİLƏNİB + V ...
Kriminal
Göyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO
Kriminal