Kriminal
10 iyun 2020
372
Bakıda üzərində silah gəzdirən keçmiş məhkum saxlanılıb

Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Sumqayıt şəhər sakini İlkin İsmayılov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq və 6 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.
Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Daha çox xəbər:

Şəhər İcra Hakimiyyətinin vəzifəli əməkdaşı rüşvət alarkən yaxalandı — SON ...
Kriminal
Qobustandakı qətllə bağlı — AÇIQLAMA
Kriminal.jpg)
Prokurorluq Salyandakı insidentlə bağlı məlumat yaydı
Kriminal
Bakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
Kriminal
Azərbaycanda icra nümayəndəsinin oğlu heroinlə tutuldu – FOTO
Kriminal