Kriminal
13 avqust 2020
333

ABŞ-da azərbaycanlılara hücum edən bu erməni axtarılır - Foto

ABŞ-da azərbaycanlılara hücum edən bu erməni axtarılır - Foto


Məlum olduğu kimi, iyulun 12-də Amerika erməniləri Azərbaycanla Ermənistan arasındakı sərhəd gərginliyinə görə Azərbaycanın Brentvuddakı konsulluğu qarşısında aksiya təşkil ediblər.

Hadisədən sonra Los-Anceles polisi nifrət cinayəti zəmnində hücum törədən ən azı üç nəfəri araşdırdıqları barədə məlumat yayıb. Polis onlardan birinin fotosunu yayaraq bu şəxsin Azərbaycanın Brentvuddakı konsulluğuna və azərbaycanlılara hücum edənlərin arasında olduğunu və fəallıq göstərdiyini qeyd edib.

Polis görüntüsü yayılan şəxsin yaşının 25 ilə 35, çəkisinin təxminən 70 ilə 75 kg arasında olduğunu, boyunun 165-170 sm, keçəl və saqqallı olduğunu bildirib. Onun açıq narıncı və ya çəhrayı rəngli bir köynək geyindiyi, həmçinin sol biləyinə qolbaq taxdığı qeyd olunub.

Digər iki şübhəlinin isə qara köynək və mavi cins şalvar geyindiyi bildirilib. Onlar haqqında əlavə məlumat verilməyib.

Şəhər polisi əhaliyə müraciət edərək bu şəxsin tapılması üçün kömək göstərməyi xahiş edir.

https://losangeles.cbslocal.com/2020/08/12/man-wanted-assault-armenian-protest-azerbaijani-consulate/