Kriminal
17 avqust 2020
364
Azərbaycanda dəhşətli qəzada həyatını itirən gənclər — FOTO

Ötən gün Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baku.ws xəbər verir ki, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.
Hadisə zamanı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızı həyatlarını itiriblər.
Qəzadan sonra məlum olub ki, həlak olan Çağırqanov Elnur hüquq-mühafizə orqanlarında, Süleymanzadə Ləman isə "Asan Xidmət"də çalışıb.
Allah rəhmət eləsin!



Daha çox xəbər:

Azərbaycanda DƏHŞƏT: qayınata kürəkənini rayona aparıb öldürdü, yandırdı, s ...
Kriminal
Azərbaycanda vəzifəli şəxs dəhşətli hadisədə öldü
Kriminal
Sukanal İdarəsinin sahə rəisi qəzada öldü
Kriminal
Balakəndə ağır qəza — 2 ölü, 2 yaralı
Kriminal
Göyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO
Kriminal