Kriminal
25 avqust 2020
336

Bakıda həbs edilən azərbaycanlı səfirlə bağlı yeni QƏRAR

Bakıda həbs edilən azərbaycanlı səfirlə bağlı yeni QƏRAR


Bu yaxınlarda həbs olunan sabiq baş prokuror Eldar Həsənovun barəsindəki cinayət işinin istintaqı Dövlət Təhlükəsizlik Xidmətindəki işlərdən ayrılaraq prokurorluğa göndərilib.
Qafqazinfo-nun xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov bildirib.

O qeyd edib ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və DTX İstintaq idarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib:
“Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nin və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm.

Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb”.

Qeyd edək ki, Serbiya, Monteneqroda və Bosniya Herseqovinada fövqəladə və səlahiyyətli səfir olan E.Həsənov barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.