Kriminal
28 avqust 2020
353
Azərbaycanda 2 dəfə boşanmış şəxs 17 yaşlı qızı qaçırıb? — DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi Bərdə rayonunda 17 yaşlı qızın zorla qaçırılması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətindən "Ölkə.Az"ın sorğusuna cavab olaraq verilən məlumata görə, qeyd olunan faktla bağlı araşdırma aparıldığı bildirilib:
“Bu ilin mart ayının 29-da qızın atası E. H. Bərdə Rayon Polis Şöbəsinə gələrək, qızının qaçırılması barədə ərizə ilə müraciət edib. Müraciətlə əlaqədar olaraq, Bərdə Rayon Polis Şöbəsində (RPŞ) müvafiq araşdırmalara başlanılıb.
Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək, öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib”.
Xatırladaq ki, məsələ ilə bağlı sosial şəbəkədəki paylaşımda 17 yaşlı universitetə hazırlaşan qız 2 dəfə evlənib-boşanmış adam tərəfindən qaçırıldığı qeyd olunub. Həmçinin iddia edilir ki, ata qızını geri almaq istəsə də, vermirlər.
Daha çox xəbər:
Abşeronda ana və qızını avtomobil vurdu
KriminalBakıda 29 yaşlı iş xanımı qəfildən öldü — Tanınmış cərrahın qızı idi... (FO ...
KriminalAbşeron rayonunda dayı 14 yaşlı bacısı qızını boğub öldürüb — Dəhşətli qətl ...
KriminalBakı polisindən beş saat döyüldüyünü deyən şəxslə bağlı — AÇIQLAMA
KriminalTələbə qızın intiharı ilə bağlı TƏFƏRRÜAT — İstəmədiyi adamla evlənməyə məc ...
Kriminal