Kriminal
30 sentyabr 2020
344
Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edildi

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.
Bu barədə "Ölkə.Az"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.
İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.
Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Daha çox xəbər:

MN: Düşmənin S-300-ü məhv edildi
Kriminal
MN: Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib
Hadisə
Azərbaycan MN: Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib -VİDEO
Siyasət
SON DƏQİQƏ! Azərbaycan ordusuna ƏMR EDİLDİ: Düşmənin hərbi texnikası vuruls ...
Siyasət
Nazir müavini: “Hazırda cəbhə bölgəsində döyüşlər davam edir” — SON DƏQİQƏ
Gündəm, Ölkə