Kriminal
30 sentyabr 2020
301
Ermənilərin Tərtərdə hədəf aldığı məktəb - Fotolar

Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
“Qafqazinfo”nun Tərtərə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, düşmən mərmilərindən biri də sentyabrın 27-də Qaraağacı kənd tam orta məktəbinin həyətinə düşüb. Nəticədə təhsil ocağına ciddi ziyan dəyib.
Qeyd edək ki, sözügedən məktəbdə 360 şagird təhsil alır. Hazırda vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən cəbhədəki məktəblərin dərs cədvəli dəyişdirilib.
***
Bundan başqa, bir neçə dəqiqə öncə düşmənin atdığı mərmi rayonun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb. Nəticədə Emin Əhmədova məxsus obyekt tamamilə dağılıb.
Emin Səfərov
Pərvin Zeynal







Daha çox xəbər:

Erməni təcavüzü nəticəsində 14 mükli sakin ölüb, 46 nəfər yaralanıb - RƏSMİ
Kriminal
Düşmənin atdığı top mərmisi Tərtərdə yaşayış evinə düşdü
Kriminal
Düşmən dövlət qurumlarının binalarını atəşə tutdu: 7 yaralılar var - RƏSMİ
Kriminal
Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu - Ölənlər və yaralananlar var
Kriminal
Tovuzda daha bir evə mərmi düşdü - Fotolar
Kriminal