Kriminal
01 oktyabr 2020
285

Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin görüntüləri - FOTO

Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin görüntüləri - FOTO

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Günlərdir davam edən döyüşlərdə Azərbaycan ordusu düşmənin xeyli sayda döyüş texnikası və canlı qüvvəsini məhv edib.

“Caliber” “YouTube” kanalı məhv edilən erməni hərbçilərin görüntülərini yayımlayıb.

Qeyd edək ki, “Caliber” “YouTube” kanalı həm Cənubi Qafqaz regionuna vurğu etməklə hərbi-siyasi və hərbi-texniki mövzularla maraqlanan geniş izləyici kütləsi, həm də bu sahədəki ekspert və mütəxəssislər üçün nəzərdə tutulub. (oxu.az)