Kriminal
08 oktyabr 2020
292
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində bir nəfər öldü
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan "Ölkə.Az"a verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə saat 07 radələrində Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olmuş, yaşadığı evə isə maddi ziyan dəyib.
Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərfindən 08.10.2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Daha çox xəbər:
Gəncə yenidən atəşə tutuldu
KriminalAğdamda düşmən təxribatı: 75 yaşlı qadın öldü - RƏSMİ
KriminalBaş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər ...
HadisəErmənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və ...
KriminalErmənilər Tərtərdə mülki əhalini atəşə tutdu - Ölənlər və yaralananlar var
Kriminal