Kriminal
16 oktyabr 2020
331
Düşmənin artilleriya batareyası məhv edilib, alay komandirinin müavini yaralanıb

Ermənilərin 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.
Bu barədə "Ölkə.Az"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.
9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.
Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

Daha çox xəbər:

Düşmən ciddi itki verdi
Kriminal
MN: Erməni hərbçiləri və muzdluların bir qismi döyüşə girməkdən imtina edib
Kriminal
MN: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib
Kriminal
Düşmənin alayın tabor komandiri, xeyli canlı qüvvəsi məhv edilib
Hadisə
Ermənilər Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib
Hadisə