Kriminal
19 noyabr 2020
5

Xocalı soyqırımını törədən erməni general öldü

Xocalı soyqırımını törədən erməni general öldü


Erməni general Manvel Qriqoryan ölüb.
Respublikaçı Partiyasının üzvü Karen Avaqyan Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantının uzun müddətdir əziyyət çəkdiyi xəstəlikdən öldüyünü deyib.

M.Qriqoryan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün Dağlıq Qarabağa gəlsə də, səhhəti ağırlaşdığına görə oktyabrın 20-sində reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, 64 yaşında ölən Manvel Qriqoryan torpaqlarımızın qanlı işğalının fəal iştirakçılarından biri olub. O, Qarabağ müharibəsində əsir götürülən azərbaycanlını dörd il evində qul kimi saxlayıb. Onun dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb.

Xocalı soyqırımı həmmüəlliflərindən biri olan M.Qriqoryanla bağlı cinayət işində keçmiş müdafiə naziri Seyran Ohanyanın da adı hallanır.