Kriminal
15 yanvar 2021
1040
Göyçayda beşotaqlı evdə yanğın
![Göyçayda beşotaqlı evdə yanğın Göyçayda beşotaqlı evdə yanğın](https://olke.az/photo/770x415/2021/01/15/1610688157_hj.jpg)
Göyçayda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Birinci Ərəbcəbirli kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 160 m² olan birmərtəbəli beşotaqlı evin iki otağının, mətbəxinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)