Kriminal
27 iyun 2020
362

Şamaxıda çobanı arvadının gözü qarşısında güllələdilər — Dəhşətli qətlin səbəbi sizi ŞOKA SALACAQ- TƏFƏRRÜAT-VİDEO

Şamaxıda çobanı arvadının gözü qarşısında güllələdilər — Dəhşətli qətlin səbəbi sizi ŞOKA SALACAQ- TƏFƏRRÜAT-VİDEO


Şamaxı rayonunda həmyerlisini güllələyərək qətlə yetirməkdə təqsirli bilinən Natiq Bünyatovun cinayət işi.
"Ölkə.Az" xəbər verir ki, hadisı Şamaxı rayonu Acıdərə qəsəbəsi ərazisindəki fermada qeydə alınıb. Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyatov Natiq Şirinbala oğlu rayon sakini Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində ov tüfəngidən atəş açaraq qətlə yetirib.

Cinayəti törətməkdə şübhəli bilinən Natiq Bünyatov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, “Acıdərə” adlanan qışlaq sahəsindəki fermer təsərrüfatında ailə üzvləri ilə birlikdə yaşayan və həmin fermada çobanlıq edən Natiq Bunyatovun qardaşı Vəli həmin ərazidə heyvandarlıqla məşğul olan Zaur Hacıyevə məxsus itləri daşla vuraraq öz ərazilərindən qovub.

Bu səbəbdən 18 yanvar 2018-ci il tarixdə, saat 20 radələrində Zaur Hacıyev sərxoş vəziyyətdə həmin fermer təsərrüfatındakı yaşayış evinin qarşısına gəlib və Vəli Bunyatovla mübahisə edib.

Zaur Hacıyev Natiq Bunyatovun atası Şirinbala və həmin vaxt fermada olan Zaur Hacıyevin tanışı Şahlar Həşimov tərəfindən sakitləşdirilib. Qonşuluqdakı evinə yola salınsa da, Zaur Hacıyev təxminən 10 dəqiqədən sonra əlində ağacla bir neçə dəfə yenidən onların evinin qarşısına gəlib.
Zaur Hacıyev Natiq Bunyatovun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, qarşısına çıxmalarını tələb edib.

Bundan qəzəblənən Natiq Bunyatov evdə saxladığı ov silahını götürüb və eyvana çıxıb.

Bu vaxt Natiq Bunyatov Zaur Hacıyevin arxasınca gəlmiş arvadı Durdanə Hacıyevanın orada olmasına baxmayıb, qadının gözü qarşısında Zaur Hacıyevə atəş açıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə barədə daha ətraflı videonu təqdim edirik: