Kriminal
29 iyun 2020
360
Postdan 2 dəfə geri qaytarıldı, üçüncüdə isə... - Video

Bakıdan Şamaxı istiqamətində gedən sürücü iki dəfə postdan geri qaytarılsa da, üçüncü dəfə sərnişinləri baqajda keçirmək istəyib.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sərnişinlərə görə 2 dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib:
"İyunun 28-i gəcə saat 00:40 radələrində Mercedes markalı 90-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu avtomobilin baqaj hissəsində Bakı şəhər sakinləri Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkən Baş DYP İdarəsi Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb".

Daha çox xəbər:

Dünən karantini pozan 1874 nəfər cərimələnib
Cəmiyyət
Evdə oturan şəxs 200 manat cərimə olundu – Bakı-Quba yolunda – FOTOLAR
Cəmiyyət
Rayon postlarından qaytarılanların sayı açıqlandı
Cəmiyyət
Karantini pozan 1 674 nəfər cərimələndi — RƏSMİ
Kriminal
Sürücünü təpikləyən polislərlə bağlı araşdırma başlanıldı - Video
Kriminal