Kriminal
29 iyun 2020
334
Ukraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı - Fotolar
Ukraynanın Dnepr əyalətində 3 Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, onlar yaşlı ailənin evinə basqın etməkdə təqsirləndirilirlər. Belə ki, iyunun 26-dan 27-nə keçən gecə, onlar 78 yaşlı kişinin və 81 yaşlı qadının yaşıdığı evə daxil olaraq yaşlı ailəni bıçaqla hədələyiblər. Daha sonra onlar qocaların əllərini bağlayıb, pullarını, zinət əşyalarını və “VAZ” markalı avtomobili oğurlayaraq qaçıblar.
Əməliyyat tədbiri zamanı polis əməkdaşları cinayəti törədən Krivoy Roq sakinləri, 29, 34 və 37 yaşlı 3 nəfəri saxlayəb. Onların Azərbaycan vətəndaşı olduqları və Ukraynada daimi yaşamaq icazəsi aldıqları müəyyən edilib. Oğurlanan əşyalar geri götürülüb. Faktla balı cinayət işi açılıb, istintaq aparılır.
Soyğunçuları əmlakın müsadirə olunması ilə birlikdə 7 ildən 12 ilədək həbs cəzası gözləyir.
Daha çox xəbər:
Azərbaycan-Rusiya sərhədində baş verən hadisələrə görə cinayət işi açıldı – ...
KriminalAbşeron rayonunda dayı 14 yaşlı bacısı qızını boğub öldürüb — Dəhşətli qətl ...
Kriminal13-cü mərtəbədən yıxılan beş yaşlı qız 40 metr hündürlükdə eyvandan yapışdı ...
DünyaBakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
Kriminal34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü — Gəncədə dəh ...
Kriminal