Kriminal
31 iyul 2024
2989
Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib və şikayət təmin edilməyib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, İlkin Süleymanov son məhkəmə iclasında hakimdən son söz üçün vaxt istəmişdi. Bu gün o, son sözünü deyərək özünü təqsirli bilmədiyini və Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarının dəyişdirilməsini tələb edib. Lakin Apellyasiya Məhkəməsi İlkin Süleymanovun şikayətini rədd edib.
Xatırladaq ki, Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşmüş və 2020-ci il yanvarın 6-da onun yandırılmış meyiti tapılmışdı. İlkin Süleymanov 2020-ci il yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və digər maddələr üzrə ittiham irəli sürülüb. İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Daha çox xəbər:
Beşqat dünya çempionu Ehram Məcidov azadlığa çıxdı
İdmanAbşeronda sevgilisini öldürən qadına HÖKM OXUNDU
KriminalBakıda qız onu danlayan 83 yaşlı anasına 49 bıçaq VURDU — DƏHŞƏTLİ QƏTLİN T ...
KriminalŞəmkir sakini bacanağını başından güllələyib öldürdü — MƏHKƏMƏ
HadisəSON DƏQİQƏ! Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı qərar verdi
Kriminal