Kriminal
08 iyul 2020
347
Bakıda polislə sakinlər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA — VİDEO
"Bəzi xəbər saytlarında bir qrup şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər tərəfimizdən araşdırılıb".
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər xüsusi karantin rejim qaydalarına əməl etmədən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarətilə məşğul olublar:
"Ancaq, təəssüf edirik ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt “polisə hücum” kimi təqdim olunur.
Bununla əlaqədar bildiririk ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar.
Onların müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onlar şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib.
Belə olduqda polis əməkdaşları həmin şəxsləri 36-cı Polis bölməsinə apararaq şəxsiyyətlərini müəyyən edib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb".
Daha çox xəbər:
Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI — “Qudurğanlıqdır”
CəmiyyətHovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi — VİDEO
Şou biznesPolis Bakıda ad günü məclisini dayandırdı — Kabab manqalda qaldı, iştirakçı ...
KriminalSərt karantin rejimi qaydalarına nəzarət gücləndirildi — VİDEO
Gündəm, ÖlkəPolisə zibil atan şəxslərlə bağlı qərar verildi
Kriminal