Kriminal
05 iyun 2020
344
Bakıda xəstəxanada daha iki ölüm — Koronavirus şübhəsi
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki xəstə ölümü qeydə alınıb.
Oxu.az xəbər verir ki, 1950-cı il təvəllüdlü xəstə iyunun 3-də saat 15:20-də ETACXİ-yə daxil olub.
Ağır vəziyyətdə xəstəxanaya daxil olmuş pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən ona zəruri müalicə tədbirləri təyin olunub.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək çatışmazlığı, kəskin respirator distres sindrom, ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, ikitərəfli pnevmoniya, ağır gedişli beyin qan dövranının pozulması, ensefalopatiya diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.
Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiq edib.
Qeyd edək ki, İnstitutda bundan başqa daha bir ölüm faktı qeydə alınıb. Ölənlərdən digərinin COVID-19-a yoluxan xəstələrdən biri olduğu deyilir.
Daha çox xəbər:
Türkiyədə koronavirus xəstələrinin sayı 202 mini ötdü
DünyaTəbəssüm Məmmədovanı 17 gün içərisində itirdik — Onkoloq Altay Əliyev
Gündəm, ÖlkəKoronaviruslu xəstənin "Semaşko"dan yaydığı video ilə bağlı AÇIQLAMA
Gündəm, ÖlkəTeymur Mustafayev koronavirusdan vəfat edib — RƏSMİ
Gündəm, Şou biznesİtaliyada koronavirusdan ən az ölüm halı qeydə alınıb
Dünya