Kriminal
14 iyul 2020
301
ETSN: Gorançaydan güclü sel keçib — FOTO
Milli Hidrometeorologiya Xidmətinin iyulun 13-ü saat 19:00-a olan məlumatına əsasən, Daşkəsən, Naxçıvan, Balakən, Qusarda şimşək çaxıb, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Qrız, Şahdağ, Xınalıqda şimşək çaxıb, yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, Yuxarı-Ağcakənd ərazisində saat 16:45-17:25 radələrində leysan xarakterli yağış yağıb, Gorançaydan sel keçib.
Qərb bölgəsində dağlıq rayonlara yağan leysan yağış nəticəsində Şəmkir Mansırlıdan təxminən 2 kilometr aşagıda saat 13:40 radələrində sel hadisəsi baş verib.
Əsrikçay Ədrikçırdaxamda isə saat 15:36 radələrində sel hadisəsi yaranıb.