Kriminal
01 sentyabr 2021
1875
"Qısqanclığa görə öldürdüm" dedi, həqiqət ortaya çıxdı - Bakıdakı qətlin təfərrüatı
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Emin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Emin Hüseynov qısqanclıq zəminində həyat yoldaşı, 1977-ci il təvəllüdlü Hüseynova Nurəngiz Nadir qızına çoxsaylı bıçaq zərbələri vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, bir neçə gün sonra orada dünyasını dəyişib.
Cinayəti törətməkdə şübhəli bilinən Ümin Hüseynov könüllü polisə gələrək təslim olub və hadisəni qısqanclıq zəmnində törətdiyini bildirib. Lakin istinataqın gedişində məlum olub ki, qadını heç bir əsas olmadan xuliqanlıq zəmnində qətlə yetirib.
İş üzrə dindirilən Emin Hüseynov ifadəsində bildirib ki, daim həyat yoldaşı Nürəngiz Hüseynovanı qısqanıb. Hadisədən iki il əvvəl münasibətləri kəskinləşib. 3 aya yaxın müddət olar ki, Nürəngizdən ayrı başqa otaqda yatıb.
Hadisədən təxminən 1 ay əvvəl yoldaşının telefonunu əlindən alıb özündə saxlayıb ki, ona gələn zənglərə baxsın. Həmin gündən qadının telefonuna heç bir zəng gəlməyib. Amma sonradan ona məlum olub ki, qadının gizli işlətdiyi daha bir telefonu var və o, köhnə nömrəsinə zəng edilməməsi üçün hər kəsi xəbərdar edib:
“Ona demişdim ki, telefon işlətmə. Sonra bildim ki, məhdən xəbərsiz gizlin telefon işlədir”.
Emin Hüseynov ifadəsinin davamında bildirib ki, hadisə baş verən günü Nurəngiz xalası qızları ilə birlikdə qonaq otagında oturub. Ora girərək onlara otaqdan çıxmamağı tapşırıb və Təranənin əlindən telefonu alaraq baxış keçirməyə başlayıb. Məqsədi Nürəngizin təzə işlətdiyi telefon nömrəsini tapmaq olub. Bu vaxt qızı gəlinin otağına getmək bəhanəsi ilə otaqdan çıxıb. Ardınca Nurəngizdə həmin otağa yollanıb. Arvadının telefonu gizlədəcəyini düşünən Emin gəlinin otağına daxil olub
“Girdim otağa hamısını çıxartdım bayıra. Nürəngizin qolundan tutub saxladım. Qapını arxadan bağladım. Dedim, telefonundan çox şeylər çıxıb. Oda başladı qışqırmağa ki, belə şeylər yoxdur. Üstümdə də bıçaq var idi, otaqdan götürmüşdüm. Çıxardıb bir neçə zərbə vurdum, yıxıldı yerə”.
Emin daha sonra qeyd edib ki, Nurəngizi bıçaqaldıqdan sonra oğlu İlqar otağın qapısını sındıraraq içəri girib. Özünə gələndən sonra təslim olmaq üçün polisə yollanıb və arvadının birinci telefonunu polis əməkdaşına təqdim edib.
Telefona baxış keçirilən zaman qadının telefonundan istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməyib.
Məhkəmə prosesi zamanı Emin Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib. Qadını xüsusi amansızlıqla öldürməsi ilə bağlı prokurorluğun gəldiyi nəticəni əsassız sayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cazə təyin edilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, Emin Hüseynovun həyat yoldaşını öldürməsinə əsas kimi göstərdiyi qısqanclıq motivi, yəni qadının əlavə mobil elefon işlətməsi və ərinə xəyanət etməsi, iş materialarındakı protokollarla tam təkzib olunub.
Təqsirləndirilən şəxs heç bir səbəb olmadan qadını qəsdən həyatdan məhrum edin.
Sonda məhkəmənin hökmü ilə Emin Hüseynov 18 il müddətinə azadlıqdan məhrum olunub.
Daha çox xəbər:
"Patı" çəkib dostunu ağzından bıçaqladı, çəkiclə öldürdü - Bakıdakı qətli ...
KriminalYad kişi ilə FOTOLARINI tapdı, həyat yoldaşına 18 bıçaq vurdu-SUMQAYITDAKI ...
KriminalBakıda qısqanc kişi yoldaşının gizlətdiyi telefonu tapdı, döyüb öldürdü-QƏT ...
KriminalBakıda ər arvadını küçədə bıçaqlayıb öldürdü, sonra isə... — QANLI CİNAYƏTİ ...
KriminalBakıda oğlan sevdiyi qızı küçədə qətlə yetirib — Dəhşətli qətlin TƏFƏRRÜATI
Kriminal