Kriminal
16 iyun 2020
1086
Prokurorluq Salyandakı insidentlə bağlı məlumat yaydı
İyunun 16-da saat 04 radələrində odlu silahla qətlə yetirilmiş 1996-cı il təvəllüdlü Asif Qarayevin meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub.
Salyan rayon prokurorluğundan bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib və müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daha çox xəbər:
Şəhər İcra Hakimiyyətinin vəzifəli əməkdaşı rüşvət alarkən yaxalandı — SON ...
KriminalSukanal İdarəsinin sahə rəisi qəzada öldü
KriminalQobustandakı qətllə bağlı — AÇIQLAMA
KriminalSalyanda gənc oğlanı qətlə yetirən şəxs TUTULDU
KriminalBakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
Kriminal