Kriminal
12 iyun 2020
1082
Balakəndə ağır qəza — 2 ölü, 2 yaralı

Balakəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə axşam saatlarında Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.
İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki Balakən sakini hadisə yerində dünyasını dəyişib, daha iki nəfər – Balakən sakinləri, 1993-cü il təvəllüdlü Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Hazırda ölən şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir. Fakt Balakən RPŞ tərəfindən araşdırılır.

Daha çox xəbər:

Sukanal İdarəsinin sahə rəisi qəzada öldü
Kriminal
Azərbaycanlı müğənni qəzaya düşdü: 3 nəfər öldü — FOTO
Kriminal
Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi
Kriminal
Azərbaycanda icra nümayəndəsinin oğlu heroinlə tutuldu – FOTO
Kriminal
Göyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO
Kriminal