Kriminal
17 iyun 2020
1128
Salyanda gənc oğlanı qətlə yetirən şəxs TUTULDU
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.
İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən "Report"a bildirilib ki, istintaqla cinayətin həmin gölə nəzarət edən 1990-cu il təvəllüdlü Rəşad Abdullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Abdullayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daha çox xəbər:
Şəhər İcra Hakimiyyətinin vəzifəli əməkdaşı rüşvət alarkən yaxalandı — SON ...
KriminalSukanal İdarəsinin sahə rəisi qəzada öldü
KriminalQobustandakı qətllə bağlı — AÇIQLAMA
KriminalProkurorluq Salyandakı insidentlə bağlı məlumat yaydı
KriminalDaha bir neçə vəzifəli şəxs barəsində cinayət işi açıldı
Gündəm, Kriminal