Kriminal
13 iyul 2020
1049
Koronavirus xəstəsi evini tərk etdi, qonşusu ilə dalaşdı – Qubada
Qubada karantini pozan koronavirus xəstəsi aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, Quba rayonu Qam-qam kənd sakini Mətləb Neymətullayev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət rayon ərazisində yerləşən xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib.
Mətləb Neymətullayev evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və qonşusu olan bir şəxslə mübahisə edərək dalaşıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükə yaradan Mətləb Neymətullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilmiş və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Mətləb Neymətullayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün rayon polis şöbəsində araşdırmalar davam etdirilir. (teleqraf.com)
Daha çox xəbər:
Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış qadağan olundu
ÖlkəAzərbaycanda koronavirusa yoluxmuş şəxs ət satışı məntəqəsində tutuldu
KriminalDünən karantini pozan 1874 nəfər cərimələnib
CəmiyyətQubada “Son zəng” şənliyi təşkil etdilər — FOTO
ÖlkəKarantini pozan 1 674 nəfər cərimələndi — RƏSMİ
Kriminal