Kriminal
15 mart 2021
989
Erməni əsgərlərin valideynləri: “Onları Hadruta ölümə yolladılar” - VİDEO
Sosial şəbəkələrin erməni seqmentində yayımlanan videoda ölən erməni əsgərlərinin valideynləri İkinci Qarabağ müharibəsi zamanı övladlarının Hadrutda qəsdən ölümə göndərildiyini iddia ediblər.
Caliber.Az videonu araşdırıb və erməni əsgərlərinin valideynlərinin fikirlərini təqdim edib.
“Bizim məlumatımıza görə, uşaqları ora aparıblar, qəsdən ölümə göndəriblər. Hadrut 9 oktyabrdan Azərbaycan əsgərlərinin əlində olub. Buna baxmayaraq, uşaqlarımızı bilərəkdən ora göndərdilər. 143 postdakı əsgərlərə zəng edərək, onları aldadaraq, ora göndəriblər. Həmin nöqtəyə hücum ediləcəyini əvvəlcədən bilirdilər. Əmr səhər saat 9-da verilib, uşaqları isə gündüz (13:00-14:00 arasında) gətiriblər. Qısası onları ölümə məhkum ediblər. Onlar gələndə hətta heç kim tərəfindən qarşılanmayıblar. Əgər onları köməyə çağırsaydılar, qarşılanmalı idilər. Diviziyanı komandir qarşılamalı idi. Əgər özü edə bilməsə də, heç olmasa kimisə göndərməli idi”, - deyə valideynlərdən biri bildirib.
“Mən də bir neçə söz əlavə etmək istərdim: əsgərləri ora göndərərkən onlar anlamalı idilər ki, Azərbaycan və onların PUA-ları bütün səmaya nəzarət edir. Nəyə görə mühasirəyə düşəcəklərini bilə-bilə bizim uşaqlarımızı ora göndərdilər?”, - deyə qəzəbli halda ikinci valideyn bildirib.
“Onlar 100 faiz bunu anlayırdılar və bilərəkdən uşaqları ölümə göndərdilər. Görünür onları oraya çox “ağıllı” insan göndərib. Mənim fikrimcə, o, əsgər deyil, xadimə işləməlidir. İndi bu əmri verən şəxsin adı xatırlanmır. Onun kimliyi və harada olması məlum deyil. Bu komandir 100 faiz bilirdi ki, göndərdiyi əsgərlər geri qayıtmayacaq. Lakin bu əmri verib. Bu bir daha göstərir ki, onlar şüurlu şəkildə uşaqları ölümə göndəriblər. Bizdə belə bir təsəvvür var ki, bu qabaqcadan planlaşdırılıb. Ağlımıza başqa heç nə gəlmir. Onlar bizim uşaqlarımızı bu cür satdılar. Onları bilərəkdən öldürdülər”, - deyə üçüncü valideyn bildirib.
Daha çox xəbər:
Azərbaycana gətiriləcək vaksinlərin ölümə səbəb olma iddialarına TƏBİB-dən ...
CəmiyyətPrezident: “Terrorçular Xocavəndə Ermənistandan noyabrın 26-dan sonra gəlib ...
Siyasət“Bu, mənim erməni xalqına sözümdür” - Prezident
Gündəm, SiyasətErməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb
Kriminal"Lotu Quli" dostları ilə sağollaşıb, "Xan"la belə ölümə getdi — SON VİD ...
Kriminal