Kriminal
13 iyul 2020
993
Atəşkəsin pozulduğu Ağdam kəndindən video
Məlum olduğu kimi, ötən gün günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gecə yaydığı rəsmi məlumata əsasən, Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.
Real TV bu gün səhər saatlarında təxribatın törədildiyi Ağdam kəndində olub, canlı bağlantı həyata keçirib. Məlum olub ki, həmin ərazidə düşmən tərəfin açdığı artilleriya atəşlərini eşitmək mümkündür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xatırladaq ki, Ermənistan tərəfinin dünənki təxribatı nəticəsində Azərbaycan 3 şəhid verib, qarşı tərəfin də itkiləri var.
Daha çox xəbər:
Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı
DünyaErmənistan tərəfinin təxribatı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş ...
SiyasətMüdafiə Nazirliyi video yaydı - Baş leytenant şəhid oldu
KriminalTovuz istiqamətində vəziyyət yenidən gərginləşdi - Rəsmi
KriminalSON DƏQİQƏ: Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedi ...
Gündəm, Ölkə