Maraqlı
10 sentyabr 2020
432
“WhatsApp” istifadəçiləri DİQQƏTLİ OLUN! — Bu mesajla tətbiq bloklana bilər
“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib.
Buna səbəb naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan mesajlar olub.
Bu barədə məlumatı “WABetainfo” nəşri yayıb.
Məlumatda bu cür mesajların “WhatsApp”ın işləyə bilmədiyi simvollar olduğu bildirilir.
İstifadəçi telefonda mətni açmağa çalışanda isə tətbiq dərhal bloka düşür. “WhatsApp”ın yenidə işləməsi isə ancaq yenidən quraşdırılma ilə mümkündür.
Bu cür xoşagəlməz halların qarşısını almaq və zərərli mətnlərdən qorunmaq üçün istifadəçilərə “Ayarlar”a keçmək və “kontaktda olmayan şəxslərin qrup söhbətlərinə əlavə etməsinə qadağa qoymaq” tövsiyə olunur.
Bununla istifadəçilər fırıldaqçıların toruna düşməkdən qurtula bilərlər.
Bundan başqa əgər ismarıc artıq telefona gəlibsə istifadəçilər kompyuterdə veb-versiyasından istifadə etməklə mətni silə bilərlər.
Messencer nümayəndələri isə bu problemin yaxın günlərdə “WhatsApp”ın gözlənilən yenilənməsində həll ediləcəyini bildiriblər.
Daha çox xəbər:
Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir — XƏBƏRDARLIQ
DünyaRamiz Mehdiyevin nəvəsinin toyundan video yayan şəxs məlum oldu — İDDİA
SiyasətMəşhur sosial şəbəkələr bu ölkələrdə qadağandır — İlginc səbəblər
Maraqlı“WhatsApp”da yeni maraqlı funksiya işə salınır
Cəmiyyət“WhatsApp”da yeni funksiya YARADILIR
Ölkə