Maraqlı
05 avqust 2020
1073
Səkkiz dil bilən ağıllı maska istehsal OLUNDU — FOTO
Yaponiyada 8 dil tərcümə edən və mətn yaza bilən maska istehsal edilib.
''Ölkə.Az'' xəbər verir ki, Yaponiyada texnologiya şirkəti insanın səsini yüksəldərək sosial məsafəni qorumaq üçün yardım edən və səkkiz dil bilən mikrafonlu maska istehsal ediblər. Maska ''Bluetooth''-un köməkliyi ilə telefona və ya komputerə qoşularaq deyilənləri mətn yazısına köçürərək səsləndirir. Şirkətin Ceo-su ''C-mask'' adı verdikləri maska barəsində danışarkən ''Arada məsafə olduğu üçün mağazalarda müştərilərin danışığını kassirlər anlaya bilmir. Bu maska isə deyilənləri yazıya çevirərək səsləndirir'' sözlərini deyib. Belə ki, maska robotlar üçün hazırlansa da, koronavirusa görə insanların istifadəsinə veriləcək. Qiyməti 40 dollar olacaq maska sentyabrda satışa çıxarılacaq.