Maraqlı
19 avqust 2020
978
Maska daha neçə il taxılmalıdır?
Rusiyalı virusoloq Sergey Netesov insanların daha 2 il maska taxmaq taxmaq məcburiyyətində qalacağını bildirib.
Deyerler.org bildirir ki, Novosibirsk Dövlət Universiteti Biotexnologiya və Virusologiya Laboratoriyasının müdiri professor Sergey Netesov Sputnik-ə verdiyi açıqlamasında yeni növ koronavirusun (KOVİD-19) bir müddət sonra "90% ehtimalla" mövsümi bir xəstəliyə çevriləcəyini qeyd edib: "Virus təkamülü baxımından 8 ay yalnız bir an kimidir. Virus on illərlə, yüz illərlə inkişaf edəcək. Vaxtaşırı daha az təsirli olacaq və zəifləyəcək".
İnsanlar əllərini tez-tez yuyub maska taxarsa, digər mövsümi tənəffüs xəstəliklərinin, eləcə də koronavirusun ikinci dalğasının qarşısını ala biləcəyini qeyd edən mütəxəssis, belə davam edib: "Payız gəlir, təbii ki, günəşin ultrabənövşəyi şüası azalacaq. Bu da virusların daha fərqli səthlərdə və spreylərdə yaşayacağı deməkdir".