Ölkə
18 iyul 2020
398
Bu gündən bəzi şəhər və rayonlarda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Bu gündən etibarən karantin rejiminin sərtləşdirildiyi ərazilərdə ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq olunur.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur.
Bununla əlaqədar saat 00:00-dan 20 iyul saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Xatırladaq ki, həftə sonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa taksi fəaliyyətinə aid deyil.

Daha çox xəbər:

Azərbaycanda növbəti qadağa QÜVVƏYƏ MİNİR — Bu gecədən LƏĞV EDİLİR
Cəmiyyət
Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
Cəmiyyət
Bu gecədən etibarən metro və avtobusların hərəkəti dayandırılır — RƏSMİ
Cəmiyyət
Sərt karantində bu rayonlarda işləməyəcək sahələr — SİYAHI
Cəmiyyət.jpg)
Həftəsonu bu şəhərlərdə ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qada ...
Cəmiyyət