Ölkə
21 iyul 2020
311

Yeyib-içmək məclisi baha başa gəldi — VİDEO

Yeyib-içmək məclisi baha başa gəldi — VİDEO



Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat tədbirləri ilə karantin rejimi qaydalarını pozaraq, rayonun Buzluq kəndinə istirahət üçün gələn şəxsləri saxlayıb.
Araşdırmalarla məlum olub ki, Goranboy rayonu Qızılhacılı kənd sakinləri Səlimli Səlim Daşqın oğlu, Paşayev Arzu İlqar oğlu, Verdiyev Əfqan Mübariz oğlu və Cəfərov Fərid İlqar oğlu karantin rejimi qaydalarını kobud şəkildə pozaraq, yaşayış yerlərini tərk ediblər. Onlar bununla yanaşı, yeyib-içmək məclisi də təşkil ediblər.

Həmin şəxslər saxlanılaraq, Xocalı Rayon Polis Şöbəsinə gətirilib.

Aparılan reyd göstərib ki, hələ də bütün maarifləndirici tədbirlərə baxmayaraq, karantin rejimi qaydalarını pozan, qoyulan tələblərə əməl etməyən, koronavirus pandemiyasının yayılmasına şərait yarada biləcək hallar qeydə alınır.
Virusla mübarizə istiqamətində hüquq-mühafizə orqanları əməkdaşları həmin şəxslərlə profilaktiki söhbətlər aparıb, barələrində müvafiq qaydada protokollar tərtib edilib.

Nazirlər Kabineti Yanında operativ qərargahın tətbiq etdiyi sərt karantin rejiminə əməl etməyən şəxslər məsuliyyətə cəlb olunub.

Daha ətraflı Baku TV-nin videosüjetində: