Ölkə
23 iyul 2020
1026
Bu gün növbəti qəbul imtahanları keçirilir
Bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirilir.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunur.
İmtahanlar saat 11:00-da başlanır.
Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.
İmtahanlarda 16 052 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 88 imtahan binası, 1 241 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 88 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 1663 nəzarətçi-müəllim, 176 buraxılışı təşkil edən əməkdaş, 88 bina nümayəndəsi ayrılıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyul 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq:
• 9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;
• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;
• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları (Bakı), həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;
• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.
Daha çox xəbər: