Ölkə
25 iyul 2020
454
Azərbaycan-Gürcüstan sərhədi nə zaman açılacaq? — RƏSMİ AÇIQLAMA
Gürcüstanın qonşu ölkələrlə quru sərhədlərinin açılması hələ tövsiyə olunmur.
“Report” xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze "Pirveli" televiziyasına bildirib.
Onun sözlərinə görə, 4 qonşu ölkənin hər birinin əhalisi çoxdur: "Bu vaxta qədər Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya ilə sərhədlər bağlı olaraq qalır. Quru sərhədlə sərbəst hərəkətin bərpası indiki mərhələdə məsləhət görülmür".
Mərkəz rəhbəri deyib ki, qonşu ölkələrdən Gürcüstan vətəndaşlarının ölkə ərazisinə daxil olması xüsusi protokola uyğun həyata keçirilir: "Pandemiya dövründə karantinə alınanların 25%-də koronavirus aşkarlanıb. Karantinə yerləşdirmə effektiv tədbirdir və biz virusa yoluxan hər hansı bir şəxsin virusu yaymasına imkan verməmişik".
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan-Gürcüstan sərhədi vasitəsilə sərbəst hərəkət martın 14-dən dayandırılıb.
Daha çox xəbər:
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli açılır
ÖlkəQonşuluğumuzda möcüzəsiz möcüzə: Koronavirus, “üç muşketyor” və qələbə
Gündəm, DünyaGürcüstan koronavirusa QALİB GƏLİR – Cəmi 1 yoluxma…
Dünyaİyuldan 4 ölkə Azərbaycanla hava sərhədlərini açacaq
CəmiyyətAzTV-də koronavirus həyacanı - Karantinə alındı — SON DƏQİQƏ!
Kriminal